`Qarabağ`ın oyunlarının vaxtı bəlli oldu


16:06     27 Avqust 2016 qarabag1.jpg

Avropa Liqasının C qrupunda mübarizə aparacaq "Qarabağ" klubunun səfər oyunlarının başlama saatı və oyunlaırn keçiriləcəyi stadionlar açıqlanıb.



Femida.az xəbər verir ki, Ağdam təmsilçisi ilk səfər oyununda "Fioretina" ilə qarşılaşacaq. Matç sentyabrın 29-u saat 21:00-da başlayacaq.

İkinci səfər görüşü “Qarabağ” PAOK-un qonağı olacaq və qarşılaşma noyabrın 3-də saat 23:05-də start veriləcək. "Qarabağ" son səfər oyununu "Slovan"a qarşı keçirəcək. Qarşılaşmanı noyabrın 24-ü saat 21:00-da keçiriləcək.

Avropa futbol qurumu "Qarabağ"ın ev oyunlarının başlama vaxtını açıqlamasa da, görüşlərin Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyini qeyd edib.

Açar sözlər:

Oxunub: 1427